“Barselona” müdafiəçisi ilə müqaviləni uzatdı: Xüsusi bənd əlavə olundu

01.07.2026

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Barselona” futbolçusu Andreas Kristensenlə yeni müqavilə imzalayıb.

Apasport.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

30 yaşlı müdafiəçi daha iki mövsüm “Barselona”nın formasını geyinəcək. Yeni müqaviləyə əsasən, tərəflərin hər biri 2027-ci ilin yayında sözləşməyə vaxtından əvvəl xitam vermək hüququna malik olacaq.

Qeyd edək ki, danimarkalı futbolçu 2022-ci ildən “Barselona”da çıxış edir. Kristensen indiyədək komandanın heyətində 98 matçda meydana çıxıb, 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Portuqaliya millisinin üzvü “Milan”da - RƏSMİ Meksika - Ekvador oyunu təxirə salındı - Başlanğıc vaxtı dəyişdirildi Kimmix millidən getmir – “Təslim olmayacam” Mbappe dubl etdi - Matçın ən yaxşısı seçildi 1/8-də növbəti cütlük: Fransa Paraqvaya rəqib oldu
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью