Barselona müdafiəçisi ilə müqaviləni yeniləmədi

15.02.2025

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

"Barselona" maliyyə feyr-pley problemləri səbəbindən ispan müdafiəçi İniqo Martineslə yeni müqavilə imzalaya bilmir. 

Fanat.Az xəbər verir ki, məlumatı "Marca" yayıb. 

Mənbənin məlumatına görə, Kataloniya klubu qalmağa etiraz etməyən 33 yaşlı ispan futbolçu ilə yeni müqavilə imzalamaq istəyib. Hər şey razılaşdırılsa da, "Barselona" Martinesin yeni müqaviləsini aktivləşdirmək üçün maliyyə feyr-pleyini uyğunlaşdırmağa yol tapa bilməyib. Klub müdafiəçinin müqaviləsinin müddətini uzatmaq üçün La Liqa rəhbərliyi ilə danışıqlar aparır. 

Xatırladaq ki, İniqo Martines bu mövsüm "Barselona"nın heyətində İspaniya çempionatında 19 oyun keçirib və 2 məhsuldar ötürmə edib.

Mirağa

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью