Barselona müdafiəçisini Ayaks a satdı 6 milyon avroya

18.08.2026

Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Barselona” sol cinah müdafiəçisi Jofre Torrentsi “Ayaks”a satıb.

Sportal.az xəbər verir ki, 19 yaşlı futbolçu Niderland klubu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalayıb. Daha əvvəl bildirilirdi ki, “Barselona” bonuslar daxil olmaqla transferdən 6 milyon avroya qədər gəlir əldə edə bilər. Kataloniya klubu həmçinin Jofrenin gələcək satışından 50% pay hüququnu özündə saxlayıb.

"De Telegraaf"ın məlumatına görə, bonuslar nəzərə alınmaqla transferin ümumi məbləği 6 milyon avronu keçməyəcək.

Qeyd edək ki, Torrents 2025/26 mövsümündə La Liqada 3 oyunda iştirak edib.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью