Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Barselona"nın 24 yaşlı müdafiəçisi Erik Qarsiya yay transfer pəncərəsində klubunu dəyişə bilər.
Apasport.az xəbər verir ki, bu barədə "Todofichajes" portalı məlumat yayıb.
Mənbənin məlumatına görə, mərkəz müdafiəçisi ilə İspaniyanın digər klubu "Real Sosyedad" maraqlanır.
Qarsiyanın potensial transfer qiyməti 15 milyon avro olaraq qiymətləndirilir.
Erikin "Barsa" ilə hazırkı müqaviləsi 2026-cı ildə başa çatacaq. Qarsiya 2021-ci ildən kataloniyalıların heyətində çıxış edir.
İspaniya çempionatının cari mövsümündə müdafiəçi 21 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
"Mançester Yunayted"in hücumçu planı "Barselona" ilə ÇL qazandı, indi mağazada işləyir "Liverpul" ulduz futbolçusu ilə müqavilə müddətini uzadacaq "Fənərbaxça" və "Qalatasaray" yenə üz-üzə: Braziliyalı qolkiper Türkiyə yolunda “Tottenhem” Almaniya millisinin üzvünü transfer etməyəcək Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.