Barselona müqaviləni yenilədi, 1 milyardlıq şərt qoydu

30.01.2025

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Barselona" futbolçusu Pedri ilə yeni müqavilə imzalayıb. 

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

22 yaşlı ispaniyalı yarımmüdafiəçi ilə 2030-cu ilin iyun ayına qədər sözləşmə imzalanıb. Yeni müqaviləyə əsasən, futbolçunun sərbəst buraxılması üçün 1 milyard avro ödənilməlidir. 

Qeyd edək ki, Pedri bu mövsüm "Barselona"nın heyətində 32 oyuna çıxaraq 4 qol vurub və 4 qolun ötürməsini edib. O, Kataloniya klubuna 2019-cu ildə "Las Palmas"dan transfer olunub. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью