Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Barselona” UEFA Çempionlar Liqasının 2029-cu ildə keçiriləcək final matçına ev sahibliyi etmək istəyir.
QOL.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Kataloniya təmsilçisi 2029-cu il ÇL finalının “Kamp Nou” stadionunda baş tutması üçün UEFA-ya rəsmi müraciət ünvanlayıb.
Bildirilib ki, uzunmüddətli yenidənqurmadan sonra daha geniş və müasir hala gətirilən “Kamp Nou” stadionu bu səviyyəli final oyununun keçirilməsi üçün bütün tələblərə cavab verir. Klub şəhər şurası və Kataloniya hökuməti ilə birgə ilkin namizədlik prosesində iştirak edir. Finalın Barselonada keçirilməsi UEFA-nın müvafiq sertifikasiyası və təsdiqi, eləcə də İspaniya Kral Futbol Federasiyasının (RFEF) dəstəyi şərti ilə mümkündür.
Qeyd edək ki, “Kamp Nou” 1999-cu ildə Çempionlar Liqasının “Mançester Yunayted” - “Bavariya” finalına (2:1) da ev sahibliyi edib.