Barselona nən Lautaro istəyi düyünə düşdü İnter hücumçusunu bu qiymətə də satmaq istəmir

23.08.2026

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Barselona" "İnter"in hücumçusu Lautaro Martinez üçün İtaliya nəhənginə rəsmi təklif göndərməyə tələsmir.

Fanat.Az xəbər verir ki, informasiyanə jurnalist Matteo Moretto yayıb.

Mənbənin məlumatına görə, katalonlar Milan klubuna rəsmi təklif verməyib və hələlik komandalar arasında heç bir danışıqlar aparılmayıb. Buna səbəb "İnter"in kapitanının ayrılma ehtimalını nəzərdən keçirməməsi və hətta 100 milyon avroya transferi müzakirə etməyə hazır olmamasıdır. Bunu futbolçunun agentlərindən öyrənən "Barselona" transfer çətinlikləri fonunda yenidən üzünü "Atletiko Madrid"in hücumçusu Julian Alvarezə döndərib. Tərəflər arasında danışıqlar davam edir.

Qeyd edək ki, Lautaro Martines 2018/19 mövsümündən “İnter”in formasını geyinir. Argentinalı hücumçu ötən mövsüm 41 matça çıxaraq, 22 qol vurub və 6 məhsuldar ötürmə edib.

Mirağa

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью