Barselona nın Bakıya səfər vaxtı bəlli oldu

20.11.2026

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda Bakıda "Sabah"la üz-üzə gələcək "Barselona" komandasının Azərbaycana gələcəyi tarix açıqlanıb.

Milli.Az xəbər verir ki, bu barədə Bakı klubundan AZƏRTAC-a məlumat verilib.

Bildirilib ki, İspaniya təmsilçisi noyabrın 23-də axşam saatlarında Bakıya çatacaq.

Qeyd edək ki, "Sabah" - "Barselona" qarşılaşması noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Matç saat 21:45-də başlayacaq.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью