Barselona nın baş məşqçisi Levandovskini Kriştianu Ronaldu ilə müqayisə etdi

15.04.2025

Icma.az, Fanat saytına istinadən bildirir.

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik komandanın hücumçusu Robert Levandovski ilə "Əl-Nəsr"in 40 yaşlı portuqaliyalı superulduzu Kriştianu Ronaldu arasında müqayisə aparıb. 

Fanat.Az xəbər verir ki, "Goal" alman məşqçinin dediklərini belə təqdim edib: 

"O yaşda çox şey fiziki hazırlıqdan asılı olur. Robert özünə çox diqqət yetirir. Ronaldu kimi, Levandovski də inanılmaz bədən quruluşuna malikdir. O, əsl peşəkardır, hər şeyi nəzarətdə saxlayır və maksimum nəticə göstərir". 

Xatırladaq ki, 36 yaşlı polşalı bu mövsüm 46 oyun keçirib və 40 qol vurub. Onun "blauqrana" ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Mirağa

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью