Barselona nın baş məşqçisi qapıçıya bir həftə vaxt verdi

19.08.2025

Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.

İspaniyanın "Barselona" komandasının baş məşqçisi Hans-Diter Flik qapıçı İnyaki Penyaya özünə klub tapması üçün bir həftə vaxt verib.

Alman mütəxəssis heyətdə güvənmədiyi futbolçuların olmasından narahatdır.

Kataloniya təmsilçisi qolkiperlə yolları ayırdıqdan sonra başqa oyunçu qeydiyyatdan keçirə biləcək.

Hans-Diter Flik klub rəhbərliyinə məlumat verərək, Penyanı bir həftədən artıq heyətdə saxlamaq istəmədiyini bildirib.

Qeyd edək ki, 26 yaşlı qapıçı 2022-ci ildə "Barselona"nın əsas komandasında debüt edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью