Barselona nın baş məşqçisi Yamala xəbərdarlıq edib

14.07.2025

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İspaniyanın "Barselona" klubunun baş məşqçisi Hans-Diter Flik Lamin Yamalın doğum günü tədbiri ətrafında yaranan qalmaqaldan sonra futbolçunun meneceri ilə əlaqə saxlayıb.

Ölkə.az Oxu.Az-a istinadən xəbər verir ki, bu iddia ilə insayder Fabritsio Romano çıxış edib.

Hans-Diter Flik bildirib ki, futbolçu bütün əyləncələrini yekunlaşdırmalı və sabahdan məşqdə olmalıdır.

Xatırladaq ki, ötən gün 18 yaşını qeyd edən Lamin Yamal doğum günü tədbirindəki qeyri-etik davranışlarına görə hakim qarşısında cavab verməli olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью