Barselona nın daha bir futbolçusu qışda PSJ yə keçə bilər

20.09.2026

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

PSJ klubu sol cinah müdafiəçisi Alexandro Baldenin transferi üçün "Barselona"ya təklif göndərməyə hazırlaşır. Sport24.az xəbər verir ki. bu barədə "El Nacional" məlumat yayıb.

Paris klubu qış "transfer pəncərəsi"ndə 22 yaşlı futbolçunu heyətinə qatmağı planlaşdırır. Fransa nəhəngi, baş məşqçinin etimadını itirmiş ispan futbolçunun ətrafındakı vəziyyəti yaxından izləyir.

Son vaxtlar Baldenin "Barselona"dakı gələcəyi ilə bağlı transfer şayiələri yayılıb. Katalonların əsas müdafiəçilərindən biri olmasına baxmayaraq, baş məşqçi Hans Flik cari mövsümün əvvəlində Alexandroya o qədər də etimad göstərmir.

Qeyd edək ki, PSJ yayda "Barselona"nın hücumçusu Ferran Torreslə müqavilə bağlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью