Barselona nın forvardı La Liqa klubundan ayrıldı RƏSMİ

28.02.2025

Fanat saytına istinadən Icma.az xəbər verir.

Hüquqları "Barselona"ya məxsus olan və "Betis"də icarə əsasında çıxış edən hücumçu Vitor Roke Kataloniya klubuna dönüb. 

Fanat.Az xəbər verir ki, sözügedən klubun mətbuat xidməti braziliyalının komandadan ayrılaraq "Barselona"ya keçdiyini açıqlayıb. 

Tərəflər icarə müqaviləsini vaxtından əvvəl ləğv etməyə razılaşıblar. "Betis" 20 yaşlı braziliyalıya göstərdiyi performansa görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb. 

Roke "ağ-yaşıllar"ın heyətində 33 rəsmi oyuna çıxıb, bu matçlarda 7 qol vurub və komanda yoldaşlarına 2 məhsuldar ötürmə edib. 

"Barselona"nın Vitor Rokeni "Palmeyras"a satmağa hazırlaşdığı bildirilir. Futbolçunun qış transfer pəncərəsinin bağlanmaq üzrə olduğu yaxın saatlarda vətəninə dönəcəyi gözlənilir.

Mirağa

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью