Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
"Barselona"nın Frenki de Yonqa təklif edəcəyi yeni müqavilənin detalları bəlli olub.
İdman.biz xəbər verir ki, kataloniyalılar niderlandlı futbolçuya 3 illik razılıq əldə etmək arzusundadırlar.
"Barsa"nın idman direktoru 27 yaşlı yarımmüdafiəçinin təmsilçiləri ilə görüşüb. De Yonqa illik 18-19 milyonluq maaş təklif olunacaq. Yekun qərarın qarşıdakı həftələrdə bəlli olacağı açıqlanıb.
Qeyd edək ki, Frenkinin komanda ilə müqaviləsi 2026-cı ilin yayında bitəcək. O, bu mövsümdə 28 oyunda meydana çıxıb, iki qol və bir ötürmə verib.
İdman.biz