Barselona nın futbolçusu məhsuldar ötürmələrin sayına görə Avropada üçüncüdür

16.05.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

İspaniyanın "Barselona" klubunun futbolçusu Lamin Yamal cari mövsümdə məhsuldar ötürmələrin sayına görə Avropanın top-5 liqalarında üçüncüdür.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, 17 yaşlı futbolçu bu mövsüm 13 məhsuldar ötürmə müəllifi olub.

O, bu baxımdan yalnız "Liverpul"un hücumçusu Məhəmməd Salahdan (18) və "Bavariya"nın üzvü Maykl Olisedən (14) geri qalır.

Qeyd edək ki, L.Yamal bu mövsüm İspaniya çempionatında meydana çıxdığı 33 matçda 8 qol vurub.

"Cebheinfo.az" 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью