Barselona nın futbolçusu taktiki məşğələlərə gecikməmək üçün...

29.04.2025

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Jül Kunde "Barselona"da vaxtında taktiki məşğələlərə çatmaq üçün kənardan yardım istəməli olub.

Sportal.az xəbər verir ki, "Mundo Deportivo"nun məlumatına görə, fransız müdafiəçi daha əvvəl texniki iclasa gecikdiyinə görə üç dəfə start heyətindən kənarda qalıb. Bu hallar La Liqada "Alaves", "Espanyol" və "Rayo Valekano" ilə oyunlarda baş verib.

Baş məşqçi Hans Flik isə bu məsələdə prinsipialdır və kim olursa-olsun, bir dəqiqə belə gecikən oyunçunu heyətdən kənarlaşdırmağa hazırdır.

Jül Künde növbəti vacib qarşılaşmalar öncəsində riskə getmək istəmir və məhz buna görə komanda ilə səfərlərdə və toplanışlarda birlikdə olan təhlükəsizlik işçilərindən xahiş edib ki, ona Flikin taktiki məşğələsi başlamazdan 15 dəqiqə əvvəl xəbər versinlər.

Bildirilir ki, əvvəlcə Künde bu problemi özü həll etməyə çalışıb, lakin sonda qərara gəlib ki, kiminsə ona vaxtı xatırlatması daha etibarlıdır.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью