Barselona nın futbolçusu üçün 140 milyon avroluq təklif

14.09.2026

Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İngiltərənin "Çelsi" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, London klubunun əsas hədəfi "Barselona" çıxış edən Fermin Lopesi transfer etməkdir. Bu barədə "El Nacional" nəşri məlumat yayıb.

"Çelsi"nin ispaniyalı baş məşqçisi Xabi Alonso rəhbərlikdən Lopesin transferini istəyib. Premyer Liqa nəhəngi yanvarda 23 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün 140 milyon avroluq təklif göndərəcək.

Qeyd edək ki, Fermin Lopes "Barselona"nın yetirməsidir. İspaniya millisinin üzvü cari mövsümdə Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 6 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью