Barselona nın hədəfində olan hücumçu Atletiko dan ayrılmaq istədiyini açıqladı

23.06.2026

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Barselona"nın transfer etmək istədiyi "Atletiko"nun hücumçusu Xulian Alvares gələcəyi ilə bağlı danışıb.

Sportal.az xəbər verir ki, ESPN televiziyasına açıqlama verən argentinalı hücumçu Madrid klubundan ayrılmaq istədiyini bildirib:

"Gizlənmək və ya heç nə baş verməmiş kimi davranmaq istəmirəm. Dürüst olmağa çalışıram. "Atletiko" rəsmiləri ilə danışdım və düşünürəm ki, bütün tərəflər üçün ən yaxşısı ayrılmağımdır. Mən öz arzumu reallaşdırmaq istəyirəm".

Qeyd edək ki, "Barselona" Xulian Alvares üçün "Atletiko"ya 100 milyon avroluq rəsmi təklif göndərib. Madrid təmsilçisi isə 27 yaşlı futbolçu üçün 500 milyon avroluq sərbəstqalma məbləğini tələb edir.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью