Barselona nın hücumçusu İspaniya millisinin düşərgəsini tərk etdi

13.10.2025

Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İspaniya milli komandası DÇ-2026-nın seçmə mərhələsinin Bolqarıstanla matçına ciddi itki ilə çıxacaq.

Sportal.az xəbər verir ki, "Barselona"nın hücumçusu Ferran Torres sıradan çıxıb. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

25 yaşlı forvardın əzələsində yüklənmə aşkarlanıb. O, klubunun düşərgəsinə qayıdıb.

Qeyd edək ki, İspaniya - Bolqarıstan qarşılaşması sabah Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью