Barselona nın hücumçusu zədələnib

06.10.2025

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İspaniyanın "Barselona" klubunun futbolçusu Markus Reşford zədələnib. Sport24.az xəbər verir ki, 27 yaşlı hücumçu "Sevilya"ya uduzduqları La Liqanın VIII turunun oyununda sıradan çıxıb.

İngiltərəli forvard matçın sonlarında zədə alıb. Kataloniya təmsilçisi oyunçunun durumunun dəqiqləşməsi üçün onu müayinələrdən keçirməyi planlaşdırır.

Qeyd edək ki, "Barselona" sözügedən matçda 1:4 hesabı ilə uduzub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью