Barselona nın müdafiəçisi 3 həftə oynamayacaq

01.05.2025

Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Çempionlar Liqası yarımfinal mərhələsinin "İnter"lə ilk oyununda zədələnən "Barselona"nın müdafiəçisi Jül Kundenin durumu bəlli olub.

Sportal.az xəbər verir ki, franslı futbolçunun bud sümüyündə zədə aşkarlanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Kundenin müalicəsinə başlanılıb. 26 yaşlı sağ cinah müdafiəçisi təxminən 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Jül Kunde bu mövsüm "Barselona"nın heyətində bütün turnirlərdə meydana çıxdığı 52 rəsmi matçda 4 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью