Barselona nın müdafiəçisi zədələndi

17.03.2025

Icma.az, Sportal.az saytına istinadən bildirir.

“Barselona”nın müdafiəçi İniqo Martinez sıradan çıxıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ispan futbolçu zədələndiyi üçün məşqlərdən kənar qalıb.

Ona sağ dizinin yan meniskinin iltihabı diaqnozu qoyulub.

Martinez İspaniya millisinin qarşıdakı oyunlarını buraxacaq. Buna görə də, futbolçu millinin heyətindən çıxarılıb.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью