Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Barselona"nın futbolçusu Andreas Kristensen zədələnib.
Fanat.Az xəbər verir ki, informasiyanı klubun mətbuat xidməti yayıb.
Məlumata görə, aparılan müayinələr nəticəsində danimarkalı müdafiəçinin sol budunun əzələsindən zədələndiyi ortaya çıxıb.
O, yaxın həftələrdə yaşıl meydanlarda olmayacaq. Nə zaman dönəcəyi isə bəlli deyil.
Qeyd edək ki, Danimarka millisinin üzvü 2026/2027 mövsümünün əvvəlində 6 matçda meydana çıxıb. O, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Əlisahib İbrahimli