Barselona nın oyunundan əvvəl maşın azarkeşləri əzdi VİDEO

16.05.2025

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Espanyol" - "Barselona" oyunundan əvvəl RCDE stadionunun qarşısında sürücü bir qrup futbol azarkeşini əzib.

Lent.az xəbər verir ki, nəticədə 16 nəfər xəsarət alıb. Səlahiyyətlilər xəsarət alanların heç birinin həyati təhlükəsi olmadığını bildiriblər.

Avtomobilin sürücüsü hadisə yerində həbs edilib.

Hadisə cümə axşamı, mayın 15-də, Barselona şəhərini təmsil edən iki klubun oyuna başlamasına az qalmış qeydə alınıb. Sosial şəbəkələrdə yayılan videoda “Espanyol” azarkeşlərinin ağ avtomobili mühasirəyə alması əks olunub. Maşın bir müddət yerində dayandıqdan sonra qəfil sürətlənib və izdihamın arasından keçmək istəyərək bir neçə nəfərin üstünə çıxıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью