Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Barselona"nın "Qamper kuboku"ndakı rəqibi bəlli oldu
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
"Barselona" "Joan Qamper kuboku" uğrunda keçiriləcək oyunda Misirin "Əl-Əhli" klubu ilə qarşılaşacaq.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Görüş avqustun 19-da "Kamp Nou" stadionunda keçiriləcək. Bu, Kataloniya klubunun 2026/27 mövsümündə doğma arenadakı ilk oyunu olacaq və eyni zamanda komandanın yenilənmiş azarkeşlərə rəsmi təqdimatı ilə üst-üstə düşəcək.
Qeyd edək ki, "Əl-Əhli" "Qamper kuboku"nda iştirak edən ilk Misir və ilk Afrika təmsilçisi olacaq. Daha əvvəl tərəflərin "Əl-Əhli"nin 18 yaşlı hücumçusu Həmzə Kərimin "Barselona"ya transferi ilə bağlı danışıqlar apardığı bildirilirdi.