Barselona nın qapıçısı 6 aydan sonra geri döndü komanda ilə birgə məşqlərə başlayıb

31.03.2025

Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen zədədən sağalmağa yaxınlaşır.

Sportal.az xəbər verir ki, "Diario Sport"un məlumatına görə, almaniyalı qapıçı bu gün "Barselona"nın ümumi qrupunda məşqin bir hissəsini keçirib.

Kataloniya klubunun qapıçısı keçən ilin sentyabrın sonundan bəri diz zədəsinə görə əməliyyat olunmuşdu və oynamırdı.

Qeyd edək ki, 32 yaşlı qolkiper cari La Liqa mövsümündə cəmi 6 oyun keçirib.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью