Barselona nın qapıçısı Asiya turuna yollanmayacaq 4 ay oynamaya bilər

20.07.2025

Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Mark-Andre ter Ştegen “Barselona”nın Asiya turunda iştirak etməyəcək. Komanda cümə axşamı Yaponiyaya yola düşür və artıq iyulun 27-də “Vissel Kobe”yə qarşı yoldaşlıq oyunu keçirəcək.

Sportal.az xəbər verir ki, "Mundo Deportivo"nun məlumatına görə, 33 yaşlı futbolçunun gələn həftə belindəki zədə ilə bağlı əməliyyata razılıq verib-verməmək barədə qərar qəbul edəcəyi gözlənilir. Əgər əməliyyat olunarsa, onun bərpa prosesi 4 aya qədər çəkə bilər.

Əgər ter Ştegen əməliyyata razılıq versə, “Barselona” onun maaşının 80%-ni xərclər limiti çərçivəsində başqa oyunçunun, xüsusilə də qapıçı Xoan Qarsiyanın qeydiyyatı üçün istifadə edə biləcək.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью