Barselona nın qapıçısı Mançester Siti nin hədəfində

17.07.2025

Sportal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Barselona"nın növbəti mövsüm üçün əsas heyətdə düşünmədiyi Mark-Andre ter Ştegen karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Mançester Siti" almaniyalı qolkiperin xidmətində maraqlıdır. Bu barədə "Diario AS" nəşri məlumat yayıb.

"Şəhərlilər"in baş məşqçisi Pep Qvardiola 33 yaşlı "əlcək sahibi"ni komandasında görmək istəyir. "Mançester Siti" təcrübəli futbolçu üçün İspaniya klubuna təklif göndərəcək.

Qeyd edək ki, "Barselona" Mark-Andre ter Ştegeni 2014-cü ilin yayında Münhenqladbax "Borussiya"sından transfer edib. Almaniya millisinin üzvü ötən mövsüm Kataloniya təmsilçisinin heyətində 9 rəsmi matçda meydana çıxıb.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью