Barselona nın rəsmisindən Mbappe ilə bağlı qərara etiraz

16.04.2025

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Barselona"nın vitse-prezidenti Rafael Yuste "Real"ın futbolçusu Kilian Mbappeyə verilən cəzanı şərh edib. 

QOL.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, verilən qərarla narazı olduğunu bildirib: 

"Mbappenin bir oyunluq diskvalifikasiya edilib? Bu, biabırçılıqdır. Tamamilə absurddur. O, ciddi zədəyə səbəb ola bilərdi. Əgər bizim oyunçulardan biri bunu etsəydi — nəyi ki, etməzlər, çünki bizimkilər təmiz və vicdanlı oyunçulardır — onların başına nələr gələrdi, bilmirəm. Bu, ədalətsizlikdir".

Qeyd edək ki, La Liqanın 31-ci turunda keçirilən "Alaves" - "Real" matçının Kilian Mbappe 38-ci dəqiqəsində rəqib futbolçunun baldırına açıq ayaqla zərbə endirib. VAR-a baxıldıqdan sonra Mbappe qırmızı vərəqə ilə meydandan qovulub. Daha sonra isə buna görə fransalı futbolçu bir oyunluq diskvalifikasiya edilib. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью