Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda Bakıda "Sabah" klubu ilə üz-üzə gələcək İspaniya təmsilçisi "Barselona" oyundan əvvəl məşqə çıxıb.
BAKU.WS xəbər verir ki, Hans-Diter Flikin komandasının Bakı Olimpiya Stadionunda gerçəkləşən hazırlıq prosesinin ilk 15 dəqiqəsi media üçün açıq olub.
Futbolçular isinmə hərəkətlərinin ardından müxtəlif təmrinləri yerinə yetiriblər.
Qeyd edək ki, "Sabah" - "Barselona" matçı noyabrın 25-də Bakı Olimpiya stadionunda, saat 21:45-də start götürəcək.