Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07.10.2026

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İspaniya millisinin sabiq futbolçusu Pedro Rodriges peşəkar karyerasını başa vurduğunu açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, 39 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Düşünürəm ki, vaxtı çatıb. Həyatımda yeni mərhələyə başlamağın zamanıdır. Arzumu həyata keçirdiyim üçün qürur duyuram və bunun gerçəkləşməsinə kömək edən, yanımda olan hər kəsə minnətdaram. Məni xoşbəxt edən futbol, sənə təşəkkür edirəm”, – deyə futbolçu bildirib.

Karyerasının son illərini İtaliyanın “Latsio” klubunda keçirən hücumçu daha əvvəl “Roma”, “Çelsi” və “Barselona” komandalarının da formasını geyinib.

Pedro Rodriges İspaniya millisinin heyətində 2010-cu ildə dünya, 2012-ci ildə isə Avropa çempionu olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью