Barselona nın sabiq futbolçusu Səudiyyə Ərəbistanından ayrılmağı planlaşdırır

06.04.2025

Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Əl-Hilal"ın futbolçusu Malkom Avropaya qayıda bilər. 

Sportal.az “The Mirror”a istinadən xəbər verir ki, “Aston Villa” braziliyalını transfer etməyi planlaşdırır. Amma futbolçunun Səudiyyə Ərəbistanında maaşının yüksək olması keçidin reallaşmasına problem yaradır. Malkom maaş məsələsində güzəştə gedərsə, “Aston Villa” onunla yayda dərhal müqavilə imzalayacaq.

28 yaşlı vingerin “Əl-Hilal”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

O, 2023-cü il iyulun 26-dan çıxış edir. Rusiya pasportuna da sahib olan Malkom “Korintians”, “Bordo”, “Barselona” və “Zenit”də çıxış edib.
 

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью