Barselona nın sabiq kapitanı İtaliya klubundan ayrıldı

19.06.2026

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Barselona"nın sabiq kapitanı İtaliya klubundan ayrıldı

Serxi Roberto İtaliyanın "Komo" klubundan ayrılıb.

QOL.az xəbər verir ki, bu barədə məlumatı A seriyası təmsilçisinin mətbuat xidməti yayıb.

Tərəflər arasında iyunun sonunda başa çatacaq müqavilə uzadılamyıb. İsaniya millisinin sabiq oyunçusu 2024-cü ilin yayında "Barselona"dan ayrıldıqdan dərhal sonra İtaliya klubuna transfer olunmuşdu.

"Komo"da keçirdiyi iki mövsüm ərzində ümumilikdə 37 qarşılaşmada meydana çıxan futbolçu 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Serji Roberto 2011-ci ildən Ktaloniya klubunun əsas komandasında çıxış edib və 2024-cü ildə "Komo"ya keçib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью