Barselona nın ulduzu bu mövsüm üçüncü dəfə sırada çıxdı

28.03.2025

Fanat saytına istinadən Icma.az xəbər verir.

"Barselona"nın yarımmüdafiəçisi Dani Olmo "Osasuna" ilə təxirə salınmış oyunda zədə alıb.

Fanat.Az xəbər verir ki, ispaniyalı oyunçu 21-ci dəqiqədə penaltidən qol vuraraq, hesabı 2:0-a çatdırdıqdan sonra xəsarət alıb. 

O, bir qədər sonra sağ əzələsində diskomfort hiss edib. Üç dəqiqə sonra, 28-ci dəqiqədə oyunu əvəz etdirə bilməyərək Fermin Lopeslə əvəzlənib.

Bu, Olmonun bu mövsüm "Barselona" ilə üçüncü zədəsidir. O, ilk zədəsini sentyabrın sonunda alaraq 7, ikincini isə yanvarın sonunda alaraq 4 matçı buraxıb.

Mirağa

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью