Barselona nın ulduzu yenidən Premyer Liqa yolunda

21.02.2025

Fanat saytına istinadən Icma.az xəbər verir.

"Barselona"nın vingeri Ferran Torres klubunu dəyişə bilər. 

Fanat.Az xəbər verir ki, məlumatı "Fichajes" yayıb. 

Mənbənin məlumatına görə, "Çelsi" klubu 24 yaşlı ispaniyalının xidmətində maraqlıdır. London nəhəng yayda ona görə "Barselona"ya təxminən 30 milyon avro ödəməyə hazırdır. 

Xatırladaq ki, Torres daha əvvəl İngiltərə Premyer Liqasında "Mançester Siti"də çıxış edib, 2022-ci ildə oradan "Barselona"ya keçib. 

Torres bu mövsüm bütün turnirlərdə 26 oyun keçirib, 10 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun "Barselona" ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir.

Mirağa

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью