Oxu.az saytına istinadən Icma.az xəbər verir.
"Barselona" klubunun mərkəz yarımmüdafiəçisi Pedri zədələnib.
Oxu.Az bildirir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.
22 yaşlı futbolçu sol budundan zədə alıb. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı barədə məlumat verilmir.
Lakin KİV-in proqnozlarına əsasən, Pedri təxminən üç həftə oynaya bilməyəcək.
Xatırladaq ki, Pedri bu mövsüm 13 oyunda iştirak edib, iki qol vurub və iki məhsuldar ötürmə edib.