Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Barselona"nın yeni hədəfi bilindi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
"Barselona" klubu hücum xəttini gücləndirmək üçün yeni hədəfini müəyyənləşdirib.
QOL.az xəbər verir ki, "Teamtalk" nəşrinin yaydığı məlumata görə, kataloniyalılar "Çelsi"nin Joau Pedronu satmaqdan imtina etməsindən sonra PSJ-nin portuqaliyalı forvardı Qonsalo Ramuşu transfer siyahısına daxil ediblər. Fransa klubu isə ehtiyat oyunçu statusundan məyus olan 24 yaşlı futbolçusunu göndərməyə hazırdır.
Qeyd edək ki, cari mövsümdə PSJ-nin heyətində bütün turnirlərdə 41 matçda iştirak edən Ramuş rəqib qapılarından 12 top keçirib və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, futbolçunun Paris klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.