Barselona nın yetirməsi Atletik də Rəsmi

23.06.2025

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İspaniyanın “Atletik” klubu Robert Navarronun transferini açıqlayıb.

QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı futbolçu azad agent kimi heyətə cəlb edilib.

Onunla 2030-cu ilin iyununa qədər müqavilə imzalayıb.

Navarro “Barselona” akademiyasının yetirməsidir. O, peşəkar karyerası ərzində “Monako”nun gənclər komandasında, “Real Sosyedad” və “Kadis”də də çıxış edib.

Son La Liqa mövsümündə “Malyorka”nın heyətində 23 oyuna çıxan futbolçu, 1 qol vurub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью