Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Barselona"nın zədəli futbolçusundan xəbər var
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
"Barselona"nın yarımmüdafiəçisi Fermin Lopesin yaşıl meydanlara qayıdacağı tarix müəyyənləşib.
QOL.az xəbər verir ki, "Goal" nəşrinin məlumatına görə, 23 yaşlı futbolçu İspaniya La Liqasının yeni mövsümünün startına tam hazır olacaq. Onun iyulun sonunda "Birminqem"ə qarşı keçiriləcək yoldaşlıq görüşündə meydanda olması gözlənilir.
Xatırladaq ki, Fermin Lopes ötən mövsümün sonlarında zədələnmişdi. O, 2025/2026 mövsümündə bütün turnirlərdə 48 oyunda meydana çıxaraq 13 qol vurub və 17 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, İspaniya La Liqasında 2026/2027 mövsümü avqustun ortalarında start götürəcək.