“Barselona” “Nou Kamp”da darmadağınla qələbə qazandı

25.01.2026

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Barselona” “Nou Kamp”da inamlı qələbə qazanaraq İspaniya La Liqasında turnir cədvəlinə başçılıq etməyə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, 22-ci tur çərçivəsində keçirilən görüşdə Kataloniya təmsilçisi “Real Oviedo”nu qəbul edib.

Azarkeşlərin böyük marağına səbəb olan matç “Barselona”nın 3:0 hesablı darmadağını ilə başa çatıb.

Bu qələbə sayəsində xallarının sayını 52-yə çatdıran “göy-qırmızılar” İspaniya çempionatında liderlik kürsüsünə əyləşiblər. Əzəli rəqib “Real Madrid” isə liderdən cəmi 1 xal geri qalaraq ikinci pillədə qərarlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью