“Barselona” Nusanı izləməyə başlayıb

01.12.2025

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

La Liqa təmsilçisi “Barselona” Bundesliqa klubu “Leyptsiq”in 20 yaşlı vingeri Antonio Nusaya maraq göstərir.

İdman.Biz xəbər verir ki, jurnalist Alfredo Martinesin məlumatına görə, katalon klubunun skautları onun çıxışını Norveç - İtaliya yığmalarının son oyununda izləyib.

Qarşılaşmada Nusa həm dinamizmi, həm də hücumda sərbəst qərarları ilə seçilib və bir qol vurub.

“Barselona” rəhbərliyi Nusanın inkişaf perspektivini yüksək qiymətləndirir və mövsümün gedişində onu izləməyi davam etdirəcək.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью