Barselona Olmonun qeydiyyatına yaxındır

05.12.2024

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Barselona" futbolçusu Dani Olmonu La Liqada qeydiyyatdan keçirməyə yaxındır. 

QOL.az xəbər verir ki, bu barədə sport.es saytı məlumat yayıb. Qeydiyyatdan keçirmək üçün son tarix 2025-ci ilin 18-19 yanvarıdır. Lakin Kataloniya klubu qış transfer pəncərəsinə qədər bunu etmək niyyətindədir. Bu isə İspaniyada yanvarın 2-sidir. 

"Barselona" həmçinin futbolçuları Qavi və Pedrinin yeni müqavilələrini də həmin vaxta qədər qeydiyyatdan keçirməyə hazırlaşır. 

Qeyd edək ki, "Barselona" Dani Olmonu hazırda zədəli futbolçusu Andreas Kristensenin əvəzində qeydiyyatdan keçirib. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью