Barselona onları qeydiyyatdan keçirmək üçün pul tapdı: Görün nəyi satdılar

03.01.2025

Publika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Maliyyə problemləri yaşayan “Barselona” pul tapıb.

Publika.az xəbər verir ki, klub stadionu "Kamp Nou"nun VİP oturacaqlarını sataraq xeyli vəsait əldə edib. Bununla "Barsa" liqanın maliyyə qaydaları ilə bağlı məsələni həll edib. Bu barədə “Relevo” məlumat yayıb.

Bu da klubun yarımmüdafiəçisi Daniel Olmo və hücumçu Pau Viktorun mövsümün ikinci hissəsi üçün qeydiyyatdan keçməsi probleminin həllində irəliləməyə imkan verir. Jurnalist Alfredo Martinez bildirib ki, hazırda hər şey futbolçuların yanvarın 3-də qeydiyyatdan keçəcəklərini göstərir.

Qeyd edək ki, “Barselona” müvafiq maliyyə nəzarəti qaydalarına əməl edə bilmədiyi üçün Olmo və hücumçu Pau Viktoru qeydiyyatdan keçirə bilməyib.

Heybət

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью