“Barselona” onu göndərməyə hazırlaşır

09.09.2026

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

“Barselona” onu göndərməyə hazırlaşır

“Barselona” Frenki de Yonqla yollarını ayırmağa hazırlaşır.

QOL.az xəbər verir ki, “De Telegraaf”ın məlumatına görə, Kataloniya klubu 29 yaşlı yarımmüdafiəçini qış transfer pəncərəsində satmağı planlaşdırır. “Barselona” niderlandlı futbolçu üçün 50 milyon avro zəmanətli ödəniş və əlavə olaraq 15 milyon avroya qədər bonus tələb etməyi düşünür.

Klub xüsusilə İngiltərə Premyer Liqası və Səudiyyə Ərəbistanı Pro Liqasından konkret təkliflər gözləyir.

De Yonqun mümkün transferi onun zədədən qayıtdığı dönəmə təsadüf edir. Niderland millisinin üzvü DÇ zamanı ciddi diz zədəsi alıb. Hazırda o, “Barselona”nın əsas komandasında yer alır və 21 nömrəli formanı geyinir.

Qeyd edək ki, Yonq ötən ilin oktyabrında “Barselona” ilə müqaviləsini yeniləyib. Yeni sözləşmə 2029-cu ilin iyununa qədər qüvvədədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью