Icma.az, Qol.az portalına istinadən məlumat verir.
"Barselona" onu hədəfə aldı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
"Barselona" "Bavariya"nın hücumçusu Harri Keyni transfer etməyi planlaşdırır.
QOL.az xəbər verir ki, “El Nacional” nəşrinin məlumatına görə, Kataloniya klubu ingiltərəli forvardı Robert Levandovskinin mümkün əvəzləyicisi kimi nəzərdən keçirir. Klub daxilində də Keynin namizədliyinə müsbət yanaşılır.
Bundan başqa, "Barselona"nın hücum xəttini gücləndirmək üçün Xulian Alvares və Joao Pedro kimi digər forvardlarla da maraqlandığı bildirilir.
Qeyd edək ki, Keynin “Bavariya” ilə müqaviləsi 2027-ci ilə qədər qüvvədədir və onun gələcəyi ilə bağlı yaxın aylarda qərar verilə bilər.