“Barselona” onu hədəfə alıb

16.11.2024

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rafael Leaonun “Milan”da sonuncu mövsümünü keçirdiyi iddia edilir.

“Barselona” portuqaliyalı futbolçunu heyətinə cəlb etmək istəyir. Portuqaliya mənbələrinin məlumatına görə, 25 yaşlı vinger İspaniya klubunun 2025-ci il üçün transfer hədəfinə çevrilib. Onun bu təklifə istəkli olduğu da bildirilir. Deyilənə görə, indi “Barselona”da Leaonu “Atletik”in hücumçusu Niko Vilyamsdan da üstün tuturlar.
Rafael bu mövsüm “Milan”ın heyətində 14 oyun keçirib, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью