Barselona onu Levandovskinin əvəzi kimi istəyir

12.07.2025

Qol.az saytına istinadən Icma.az xəbər verir.

"Barselona" "Çelsi"nin hücumçusu Nikolas Ceksona maraq göstərir.

QOL.az xəbər verir ki, bu barədə "Caught Offside" nəşri məlumat yayıb.

Kataloniya klubu Robert Levandovskinin əvəzləyicisi kimi 24 yaşlı futbolçunu heyətinə qatmaq istəyir. İngiltərə təmsilçisi Ceksonu 50 milyon avro dəyərində qiymətləndirir. Lakin "Barselona" icarə variantını müzakirə etməyi planlaşdırır.

Qeyd edək ki, ötən mövsüm Nikolas Cekson "Çelsi"nin heyətində 37 oyuna çıxaraq 13 qol vurub və 6 qolun ötürməsini verib. Futbolçunun London klubu ilə müqaviləsi 2033-cü ilin yayına qədər qüvvədədir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью