Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Barselona" "Sportinq"in sağ cinah müdafiəçisi İvan Fresnedaya marağını yenidən artırıb.
Bakıvaxtı.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 22 yaşlı ispaniyalı futbolçu Kataloniya klubunun gələcək transfer hədəfləri sırasında yer alıb.
"Barselona" Fresnedanı hələ 2023-cü ildə, o, "Valyadolid"də çıxış etdiyi vaxtdan izləyib. Lakin müdafiəçi həmin ilin yayında "Sportinq"ə transfer olunub.
Fresnedanın "Barselona"nın diqqətini yenidən cəlb etməsi onun İspaniya millisinin əsas komandasına dəvət alması ilə eyni vaxta təsadüf edib. O, zədələnən Pedro Porronun əvəzinə yığmaya çağırılıb.
Qeyd edək ki, "Real Madrid" akademiyasının yetirməsi olan Fresneda 2023-cü ildən "Sportinq"də çıxış edir. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədərdir.