Barselona onunla anlaşdı: Amma bir problem var

22.01.2025

Icma.az, Publika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Barselona" "Mançester Yunayted"in hücumçusu Markus Reşfordun nümayəndələri ilə görüş keçirib.

Publika.az xəbər verir ki, toplantıda ingilis futbolçunun mümkün icarə şərtləri ilə keçidi müzakirə olunub. Bu barədə "Sport.es" məlumat yayıb.

Qeyd olunur ki, 27 yaşlı hücumçu artıq “Barselona” ilə şəxsi şərtləri razılaşdırıb. O, qeydiyyatı üçün klubun maaş limitini boşaltmasını gözləyir. Əks halda transfer reallaşmayacaq.

Bu mövsüm Reşford bütün turnirlərdə "Mançester Yunayted" forması ilə 24 matçda 7 qol vurub və 3 məhsuldar ötürmə edib.

Heybət

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью