Barselona onunla yollarını ayırır

12.07.2026

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

"Barselona" onunla yollarını ayırır

"Barselona" hücumçusu Ferran Torreslə yollarını ayıra bilər.

QOL.az xəbər verir ki, bu barədə "CaughtOffside" nəşri məlumat yayıb.

Bildirilir ki, Kataloniya klubu 26 yaşlı futbolçu üçün təxminən 35 milyon avroluq təklifləri dəyərləndirməyə hazırdır. Buna səbəb isə Torresin müqaviləsinin son ilinə qədəm qoymasıdır.

Məlumata görə, ispaniyalı hücumçu ilə İngiltərənin "Tottenhem" və "Aston Villa" klubları maraqlanır. Bundan başqa, Madrid "Atletiko"su da futbolçunun transferi uğrunda mübarizə aparan komandalar sırasındadır.

Qeyd edək ki, Ferran Torres ötən mövsüm bütün turnirlərdə 49 oyuna çıxaraq 21 qol vurub və 3 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı onun transfer dəyərini 50 milyon avro qiymətləndirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью